“Avropa İttifaqının səfirliyi tərəfindən maliyyələşdirilən təşkilatlar özünüidarəetmə seçkilərini pozmağa hazırlaşırlar”.
Hafta.az-ın yazdığına görə, bu barədə Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərə deyib. O, Avropa İttifaqının büdcəsinin pulunun seçkiləri pozmağa xərcləndiyini bildirib.
“O cümlədən Avropa İttifaqı tərəfindən maliyyələşdirilən təşkilatların əli ilə aparılan bu yalan saxta kampaniyadan sonra ATƏT baş katibinin oktyabrın 26-da seçkilərin nəticələrinin seçicinin iradəsini əks etdirməsinə dair bəyanatını dinlədik. Bu, gürcü xalqını təhqir edən bütün ölkələrin hakimiyyətlərinə və Brüsselin bürokratlarına cavabdır. Bu, gürcü xalqını onun tərəfindən seçilmiş hakimiyyətə soyuq münasibət göstərməklə, sanki bu seçkilərin qüsurlu olması ilə təhqir edən bəzi səfirlərə, Gürcüstanda fəaliyyət göstərən səfirə münasibətdir” deyən parlamentin spikeri vurğuıayıb ki, ATƏT-in baş katibi xalqın iradəsinin bu seçkilərin nəticələrində tam əks olunduğunu deyəndən sonra Brüssel və bəzi səfirlər gürcü xalqından üzr istəməlidirlər. Bu bəyanat, o cümlədən bəzi QHT-nin kampaniyasına da aiddir.
“Xüsusilə, Nino Lomcarianın “QHT”sinə – “Mənim səsim”ə. 2024-cü ilin seçkilərindən əvvəl də, səhv etmirəmsə, hətta bir neçə QHT-nin seçki məqsədi daşıyan subyekt kimi elan edilməsi ilə bağlı icraat olub. Elə o vaxtdan biz deyirdik ki, Avropa İttifaqının səfirliyi təşviqat kampaniyasını maliyyələşdirir və o cümlədən bir neçə “QHT”ni birləşdirən bu “Mənim səsim” təşkilatı birbaşa “Gürcü Arzusu”na qarşı təşviqatla məşğul idi” – Şalva Papuaşvili bildirib.
Parlamentin sədri bildirib ki, MSK-ya və ümumiyyətlə, seçkilərə hücum edən QHT-lər ABŞ bu sahədə maliyyələşdirməni dayandırdığı üçün Avropa İttifaqının büdcəsindən pul alır.
“Gürcüstanda seçicini aldatmaq cəhdləri var, sanki “Milli Hərəkat” brend olaraq artıq mövcud deyil və seçkilərdə təmsil olunmur. Əslində isə həmin siyasi qüvvə fərqli adlar altında seçkilərdə iştirak etməkdədir” deyən parlamentin sədri qeyd edib ki, bu, xalqın hələ əvvəlki seçkilərdə gördüyü dırnaqarası rebrendinq prosesinin davamıdır.
“Bu, tamamilə kənardan idarə olunan prosesdir. Yəni, bu, kənardan planlaşdırılmış, təşkil edilmiş və həyata keçirilmiş cəhddir. Məhz bu iki partiya – “Lelo” və Qaxaria. Görürük ki, Qaxaria bu gün də xaricdədir və orada göstərişlər alır”, - Şalva Papuaşvili bildirib.